Əlillərin dərmanla təminatında YENİ QAYDA

0
318

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nı təsdiq edib.

Bu Qayda əlilliyi olan şəxslərin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların (əlilliyi olan şəxslər) dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını tənzimləyir.

Bu Qayda əlilliyi olan Azərbaycan vətəndaşlarına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Əlilliyi olan şəxslər bu Qaydaya əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində ( tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Həmin tibb müəssisələrinin siyahısı onların maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması və göstərdikləri xidmətin əhaliyə əlçatanlığı nəzərə alınmaqla müəyyən edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir.

Əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydayaya əlavə ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” (resept) əsasında verilir. Tibb müəssisələrini dərman resepti blankı ilə Səhiyyə Nazirliyi təmin edir. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər. Bir reseptdə yalnız bir dərman preparatı yazılır. Ambulator müalicə ilə əlaqədar verilən dərman prepa- ratlarının dəyəri əlilliyi olan şəxslərin yaşadığı ərazi üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət tibb müəssisə lərinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydada və Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik), Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı:

Dərman preparatlarının adı (beynəlxalq patentləşdirilməmişadı və qrup adı) Buraxılış forması
Ağrıkəsicilər və qeyri-steroid iltihabəleyhinə dərman vasitələri
1.Diklofenaktablet, məlhəm
2.Ketorolaktablet, inyeksiya üçün məhlul
3.Etorikoksibtablet
4.Meloksikamtablet
5.İbuprofentablet, suspenziya
Allergiya əleyhinə dərman vasitələri
6.Xloropiramintablet
7.Setirizintablet
8.Difenhidramintablet,inyeksiya üçün məhlul
Ürək damar sistemi üçün dərman vasitələri
9.Amiodarontablet
10.Amlodipintablet
11.Enalapriltablet
12.Kaptopriltablet
13.Kandesartantablet
14.Lizinopril+ Hidroxlortiazidtablet
15.Perindopril+İndapamidtablet
16.Metoprololtablet
17.Bisoprololtablet
18.İnozintablet
19.Trimetazidintablet
20.Diqoksintablet
 21.Maqnezium aspartat+kalium aspartat tablet
22.Korvaloldamcı
23.İzosorbid dinitrattablet
24.Atorvastatintablet
Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri
25.Nimodipintablet
26.Sinnarizintablet
27.Pirasetamtablet, inyeksiya üçün məhlul
28.Serebrolizininyeksiya üçün məhlul
29.Niserqolintablet
30.Alfa lipoy turşusutablet, inyeksiya üçün məhlul
31.Aktovegininyeksiya üçün məhlul
32.Pentoksifillintablet
Antiaqreqant, antikoaqulyant dərman vasitələri
33.Asetilsalisil turşusutablet
34.Klopidoqreltablet
35.Varfarintablet
Sidikqovucu dərman vasitələri
36.Furosemidtablet
37.Spironolaktontablet
Həzm sisteminə təsir edən dərman vasitələri
38.Pankreatintablet, kapsul, draje
39.Omeprazolkapsul
40.Lansoprazolkapsul
41.Metoklopramidtablet
 42.Aluminium hidroksid+ maqnezium hidroksid suspenziya, tablet
43.Drotaverintablet
44.Ursodeoksixol turşusutablet, kapsul
Tənəffüs sisteminə təsir edən dərman vasitələri
45.Asetilsisteintablet
46.Salbutamolinhalyasiya üçün
47.İpratropium bromid+fenoterolinhalyasiya üçün
48.Salmeterol+flutikazoninhalyasiya üçün
Sinir-əzələ sisteminə təsir edən dərman vasitələri
49.Piridostiqmin bromidtablet
50.İpidakrintablet
Vitamin və minerallar
51.Piridoksin hidroxloridinyeksiya üçün məhlul
52.Tiamin xloridinyeksiya üçün məhlul
53.Sianokobalamininyeksiya üçün məhlul
54.Nikotin turşusuinyeksiya üçün məhlul
55.Polivitaminlərtablet, inyeksiya üçün məhlul
56.Kalsium duzlarıtablet
57.Xolekalsiferoldamcı, tablet
Antimikrob dərman vasitələri
58.Amoksisillin +klavulon turşusutablet, suspenziya
59.Sulfosalazintablet
60.Azitromisintablet, suspenziya
Oftalmoloji dərman vasitələri
61.Timololdamcı
 62.Adenozin+sitoxrom+ nikotinamid damcı
Hormonal dərman vasitələri
63.Metilprednizolontablet
64.Desmopressin asetatsprey, tablet
65.Somatotropininyeksiya üçün məhlul
66.Nandroloninyeksiya üçün məhlul
67.Prednizolontablet
68.Budezonidsprey
69.Betametazonkrem.məlhəm
70.Deksametazoninyeksiya üçün məhlul
Epilepsiya əleyhinə dərman vasitələri
71.Qabapentinkapsul
72.Levetirasetamtablet
73.Valproy turşusu duzlarıtablet, kapsul, şərbət
74.Karbamazepintablet
75.Benzobarbitaltablet
76.Topiramatkapsul
77.Fenobarbitaltablet
78.Lamotrigintablet
Bazis iltihab əleyhinə (immunosupressiv) dərman vasitələri
79.Azatioprintablet
80.Everolimustablet
81.Takrolimuskapsul
82.Sirolimustablet
83.Siklosporinkapsul
84.Mikofenolat mofetiltablet, kapsul
85.Metotreksattablet
Parkinsonizm əleyhinə dərman vasitələri
86.Levodopa+Karbidopatablet
87.Levodopa+Karbidopa+Entakapotablet
88.Triheksifenidiltablet
Mərkəzi təsirli miorelaksantlar
89.Tolperizontablet
90.Baklofentablet
Depressiya əleyhinə dərman vasitələri
91.Duloksetinkapsul
92.Amitriptilintablet, inyeksiya üçün məhlul
93.Essitalopramtablet
94.Klomipramintablet
Antipsixotik dərman vasitələri
95.Haloperidoltablet, inyeksiya üçün məhlul
96.Klozapintablet
97.Levomepromazintablet
98.Perfenazintablet
99.Perisiazinkapsul
100.Risperidontablet, məhlul
101.Ketiapintablet
102.Flufenazininyeksiya üçün məhlul
 103. Sulpiridtablet, kapsul, inyeksiya üçün məhlul
104.Trifluoperazintablet
105.Xlorprotiksentablet
106.Aripiprazoltablet
107.Xlorpromazintablet, draje
Trankvilizəedici dərman vasitələri
108.Alprazolamtablet
109.Diazepamtablet, inyeksiya üçün məhlul
110.Fenazepamtablet
111.Klonazepamtablet
112.Hidroksizintablet
113.Zopiklontablet
Opioid analgetiklər
114.Fentaniltransdermal
115.Morfinampul
116.Omnoponampul
117.Tramadolkapsul, ampul
118.Trimeperidinampul