Hazırda səhhətim normaldır. 91 yaşa görə necə olmaq lazımdırsa, eləyəm.
Bunu Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov deyib.
“Artıq 91 yaşındayam. Evdə oturmuşam. Heç bir yerə getmirəm. Danışa və yeriyə bilmirəm. Yəni yeriməkdə çətinlik çəkirəm. Fikirlərimi də cəmləşdirə bilmirəm”, – deyə Əlibaba Məmmədov bildirib.
Qeyd edək ki, Əlibaba Məmmədov 1938-ci il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradaraq, rəhbərlik edib.
Ə.Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb. Onun ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahlarının səs yazıları AzTV-nin Fondunda saxlanılır.