Şuşanın işğalına hüquqi qiymət verilib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub”.
Bunu Milli Məclis Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, işğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib:
“Bu gün səslənən fikirlər o zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranan şərait həm də Şuşanın işğalı üçün bir şərait idi. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub. Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.