Bakıda 2017-ci ildə törətdiyi ağır avtomobil qəzası ilə iki nəfərin ölümü və iki nəfərin yaralanmasına səbəb olan “Qaçqınkom”un sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdən yeni xəbər var.
N.Allahverdiyevə məxsus əksər avtomobillər satılıb.
O, əvvəlcə qəza törətdiyi “Gelandewagen”i dövlət nömrə nişanı olmadan satıb.
Daha sonra isə qəza törətdiyi avtomobilin 10-PP-203, “Porsche” markalı maşının 10-YY-203, “Niva”nın 10-OO-203 dövlət nömrə nişanlarını 20 min manata satıb.