Əli həkimə təşəkkür məktubu

0
2245

Əli həkimin icra etdiyi əməliyyat məni ölümün pəncəsindən qurtardı adlı təşəkkür məktubunu oxucuların diqqətinə çatdırırıq.

Mərkəzi Klinianın Neyrocərrahiyyə kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təkcə Bakıdan yox, regionlardan gələn xəstələrdir. Onların hamısı Əli həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil, cavabdeh və hamının dediyi kimi halal, əsl Allah adamıdır. 
Bu gün Azərbaycanda həkimlərin çoxuna inam, münasibət hələ də yaxşı olmadığı bir vaxtda biz yazarların da borcudur ki, yaxşı həkimlər haqqında yazıb, redaksiyamıza ünvanlanan məktubları oxucuların diqqətinə çatdıraq. Onların əməyini qiymətləndirək.
Artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsinin şərəfini qoruyan Əli həkim bu illər ərzində Əliyeva Lalə, Həsənov Sabir, Hüseynova Aytac kimi yüzlərlə dəqiq müayinəsi və müalicəsi ilə xəstəyə yeni həyat verib, onları ölümün pəncəsindən alıb.
Əli  həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir, onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə rəhmət oxunur. Axı, o, nə qədər ümidsiz, əlacsız xəstəyə, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, icra etdiyi əməliyyat  ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara Əli həkim kimi bir həkim rast salıb. Əli həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır. Yüzlərlə, minlərlə xəstənin!
Həkim – neyrocərrah Əli həkimin  nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Əli  Ələkbərovun  məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Hətta uzun illər aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun halda redaksiyamıza minnətdarlıq, dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər.
Redaksiyamıza daxil olan təşəkkür məktublarından bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə Beyindaxili kistalar var idi. Mən bu xəstəlikdən əziyyət çəkirdim. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Mərkəzi Klinikada  Əli Ələkbərov adlı  ixtisaslı neyrocərrah həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir.
Bu sətirlər Əli həkimin müalicəsindən şəfa tapan Bakı sakini Ramiz  Səfərovun  “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Əli həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, əməliyyat  edəcəyik, xəstəlikdən qurtulacaqsan.. Artıq müalicə öz bəhrəsini verir”.
Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlər arxada qalıb. Əli həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb…
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan  həkim-neyrocərrah Əli Ələkbərova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm…

 Hörmətlə:Əli həkimin sayəsində sağlamlığına qovuşan Ramiz müəllim
Əli həkimə daxil olan minnətdarlıqlar içərisində Məmmədovlar ailəsinin razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Əli həkimin yoluna nur saçsın deyir Sədaqət xanım.
Səhhətimdə yaranan problemlə Mərkəzi Klinikaya müayinə olunmaq üçün müraciət etdim. Həkim – Neyrocərrah Əli Ələkbərov  məni hərtərəfli müayinə etdi və dərhal əməliyyat olmağımı məsləhət bildi. Əli həkimin  dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. Artıq həmin həyəcanlı günlər arxada qalıb. Əli həkimin mənim üzərimdə icra etdiyi əməliyyat ailəmizin əvvəlki sevincini özünə qaytarıb…
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Əli Ələkbərova  mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.
 Hörmətlə: Sədaqət  xanım
  Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Mərkəzi Klinikanın  həkim – neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru Əli həkimə  həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayırıq.