Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR

0
498

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra məktəbəqədər təhsil müəssisələrində  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.

Psixoloji yardım “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə həyata keçiriləcək.

Bununla da məktəbəqədər təhsil sahəsində olan uşaqlar ödənişsiz psixoloji yardım almaq hüququ əldə ediblər.