Bu gün Baş nazir Əli Əsədov Türkiyəyə səfər edəcək.
Səfər Türkiyə prezidentinin köməkçisi Fuad Oktayın dəvəti ilə baş tutacaq.
Əli Əsədov sabah Fuad Oktayla görüşəcək, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Azərbaycan baş naziri iki ölkədən 150 özəl sektor təmsilçinin iştirak edəcəyi və Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın IX iclası çərçivəsində Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə keçiriləcək Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına qatılacaq.
Əli Əsədovun Fuad Oktayla təkbətək və geniştərkibli görüşündən sonra iki ölkə arasında sazişlərin imzalanma mərasimi baş tutacaq.
Türkiyə Prezident Administasiyasındakı mənbədən agentliyə verilən məlumata görə, dövlət və özəl sektorda imzalanacaq yeni ticarət razılaşmalarının həcminin 100 milyon dollardan artıq olacağı gözlənilir.