Əli Əsədov qiymət artımından danışdı – VİDEO

0
179

Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib:

“O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.