Əlac yararsızlara qaldı: onlar kütləvi şəkildə hərbi xidmətə çağırılır

0
145

Ukrayna Silahlı Qüvvələri (AFU) səhhətinə və ya yaşına görə xidmətə yararsız şəxsləri kütləvi şəkildə hərbi xidmətə çağırır.

Bu barədə “RİA Novosti” agentliyinə ukraynalı hərbi əsirlər danışıb.

Onların sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hərbi xidmətə çağırışa və yaşa uyğun olmayan insanları, məsələn, “50 yaşdan yuxarı adamları” işə götürür.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada məcburi səfərbərlik faktlarını etiraf edib. Prezident deyib ki, MTK əməkdaşları küçələrdə və ictimai yerlərdə kişilərə çağırış vərəqələri təqdim edərkən zor tətbiq ediblər.

Yanvarın 30-da Ukrayna Nazirlər Kabineti səfərbərlik haqqında yeni qanun layihəsini yanvarın 30-da Ali Radaya göndərib. Sənədin yeni redaksiyasında, xüsusən də, hərbi xidmətdən yayınanların hüquqlarının məhkəmə yolu ilə məhdudlaşdırılması, o cümlədən xaricə səfərə qadağa qoyulması və bank hesablarının bloklanması imkanları nəzərdə tutulur. Bundan əlavə, bütün kişilər polisin və Hərbi Komissarlığın əməkdaşlarının tələbi ilə hərbi bileti daşımalı və təqdim etməlidirlər. Qanun layihəsinə fevralın 6-da birinci oxunuşda baxılmalıdır.