Əl və ayağın soyuması nəyin əlamətidir?

0
415

Bir çoxlarınız yayda da əl-ayağın üşüməsindən şikayət edir. Soyuq əl və ayaqlar zəifləmiş immunitetin əsas əlamətlərindən biri ola bilər.

Bunu rusiyalı tibb elmləri namizədi, professor Svetlana Trofimova deyib.

“Qan dövranının belə pisləşməsi müxtəlif yoluxucu xəstəliklərin başlanğıcında baş verir. Çünki qan həcminin yenidən bölünməsi baş verir, o, həyati vacib orqanları daha çox qidalandırmağa başlayır”, – deyə həkim izah edib.

Həkimin sözlərinə görə, zəif immunitetin digər əlaməti konyunktivit, gözlərin qızarması və ya quruması, apatiya və daimi yorğunluq sayıla bilər.

Həkimlər virus və ya bakterial xəstəliyin öskürək, asqırma kimi başqa əlamətləri yaranarkən immunoqram analizi etdirməyi məsləhət görüb.