Əhalisi zorakılığa ən çox məruz qalan ölkənin adı AÇIQLANDI

0
336

Əhalinin məruz qaldığı zorakılıq hallarına və bunun nəticəsində törədilən cinayətlərin səviyyəsinə görə Bolqarıstan Avropa İttifaqı ölkələri arasında birinci yerdədir.

Avropa Statistika Agentli xəbər verir ki, Aİ-nin əhalisinin 11 faizi cinayət, zorakılıq və vandalizm aktları ilə üzləşir. Bu statistikada Bolqarıstan birinci yerdədir. Ölkənin əhalisinin 20,2 faizi yaşadıqları yerlərdə zorakılıq və cinayət halları ilə üzləşiblər. Siyahıda ikinci yerdə 16,9 faizlə Yunanıstan, üçüncü yerdə isə 16,3 faizlə Niderland dayanır. Cədvəldə son pillələrdə 2,7 faizlə Xorvatiya, 3,2 faizlə Litva və 4,4 faizlə Polşa qərarlaşıb.