Əhalinin internet problemi: Səbəb nədir? – VİDEO

0
498

Karantin dövrü internetə olan ehtiyacımızı daha da artırıb. Hazırda bir çox danışıqlar, hətta dərslər də onlayn formada həyata keçirilir. Bu isə evlərdə ucuz və sürətli internetin xidmətinin olmasını labüd edir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

İT mütəxəssisi Rəşad Əliyev məsələ ətrafında fikirlərini bölüşüb:

“Hazırda evlərdə internetə tələbat daha da çoxalıb, şirkətlərdə isə azalıb. Evlərdə internetin zəif olmasının digər səbəblərindən biri də ADSL istifadə olunmasıdır. Evlərdə fiber-optik internetin olmaması sürətin də zəifləməsi deməkdir”.

Pandemiya bitsə belə, artıq dünyada məsafəli dönəm başlayıb. Yəni internetə olan tələbat azalmayacaq. Bu isə provayderlərin qarşısına yeni tələblər qoyur.

“Növbəti mərhələlərdə bütün evlərdə fiber optikaya keçid, məsafədən internetin olması, LTE və s. sürət problemini həll edə bilər. Texnologiya günü-gündən inkişaf etdiyinə görə, hazırki texnologiyamızı 10 il bundan əvvəlki ilə müqayisə etdiyimizdə böyük fərqi görmüş oluruq. Bu fərqi ölkəmizdə də görmək üçün innovativ həllərə, innovativ yanaşmalara başlamaq lazımdır. Həmçinin, texniki bazamızı genişləndirmək lazımdır”, – R.Əliyev əlavə edib.

Hazırda Təhsil Nazirliyi virtual məktəb layihəsini həyata keçirir, bir çox universitetlər distant təhsilə keçidə hazırlaşır, dövlət qurumları isə xidmətini elektron formada göstərir. Amma yaxın keçmişdə dövlət qurumlarının elektron sistemlərinin vacib məqamları çökməsi təcrübələrini yada salsaq, təhlükəsiz internet məsələnin aktuallığını biraz da artır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova məsələyə aydınlıq gətirib:

“Mütəxəssislərimiz istifadəçilərimizin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Telekominikasiya operatorlarının hamısının internet provayderlərinin karantin rejimində çalışması üçün tam hazırlıq da görülüb və gündəlik də görülür bu işlər”.