Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb

0
321

Banklardakı depozit və əmanətlərin həcmi ilin əvvəli ilə müqayisədə 4,7 faiz azalıb.

2020-ci ilin sonuna olan göstəricilərə görə, kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 milyard 666,9 milyon manat təşkil edib.

Onların böyük bir qismi, yəni, 8 milyard 177,9 milyon manatı fiziki şəxslərin əmanətlərini, 1 milyard 885,1 milyon manatı maliyyə təşkilatlarının, 13 milyard 603,9 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.  

İlin əvvəli ilə müqayisədə maliyyə təşkilatlarının banklardakı depozitlərinin həcmi 8,2 faiz artsa da, qeyri-maliyyə təşkilatlarının banklardakı vəsaitlərinin həcmi isə 6,2 faiz azalıb.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ilin əvvəli ilə müqayisədə 4,8 faiz azalıb. Onların əmanətlərinin 49,2 faizi milli valyutada, 50,8 faizi xarici valyutada olub.

Fiziki şəxslərdən rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,6 faizini təşkil edib. Onların banklardakı əmanətlərinin həcmi 7 milyard 897,1 milyon manat olub və ilin əvvəli ilə müqayisədə 3,3 faiz azalıb.

Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 280,8 milyon manatı təşkil edib və ilin əvvəlinə nəzərən əmanətlərin həcmi 33,6 faiz azalıb.