Əhalinin aylıq ərzaq xərcləri 200 manata çatıb

0
337

Ötən il əhalinin adambaşına düşən aylıq ərzaq xərcləri bir qədər də artaraq orta hesabla 200 manat təşkil edib.
2021-ci ildə ərzaq xərcləri 18,7 manat artıb. 2019-cu illə müqayisədə isə adambaşına düşən ərzaq xərclərində artım 32 manat və ya 19 faiz olub.
Ərzaq xərclərindən fərqli olaraq qeyri-ərzaq xərclərində böyük artım yoxdur. Qeyri-ərzaq xərcləri 2021-ci ildə 168 manat olub. Bu növ xərclər 2020-ci ildə 154 manat, 2019-cu ildə 163,4 manat təşkil edib. Müqayisədə iki il ərzində qeyri-ərzaq xərcləri cəmi 4,6 manat artıb.
Bu məlumatlar göstərir ki, əhalinin xərclərindəki artımda lokomotiv rolunu ərzaq məhsulları oynayır. Ərzaq qiymətlərinin daha böyük sürətlə yüksəlməsi və bu xərclərin ixtisar edilməsinin mümkün olmaması izafi xərclərin yaranmasına səbəb olur.