Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Dekabr ayında aparılan sorğulara görə, ölkədə ev təsərrüfatlarının 81,9%-i inflyasiya gözləyir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
“Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir etmişdir. Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81.9%-i inflyasiya gözləyir. O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artmışdır”, – deyə AMB bəyan edib