Əhali içki və siqaretə nə qədər pul XƏRCLƏYİB? – STATİSTİKA

0
268

2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636 milyon 600 min manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664 milyon 400 min manata bərabər olub.

İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.