Əfvin icrasından təsirli anlar: Göz yaşları sevincdən axdı – VİDEO

0
319

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası həyata keçirilib.

Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər isə cəzadan azad edilib.

Baku TV-nin əməkdaşları əfv olunma prosesini lentə alıb. Məhkumların yaxınları və ailə üzvləri ilə görüşü təsirli olub.

Ətraflı süjeti təqdim edirik: