Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, H.Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamının olacağı gözlənilir.
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının cari il üçün növbəti iclası 17 yanvar tarixində keçiriləcək”, – deyə Ə.Nuriyev qeyd edib