Əfsanəvi quş Türkiyədə – FOTO

0
435

Əfsanəvi quş Türkiyədə - FOTO

Bir neçə ildir dünya ekoloqlarının diqqətini cəlb edən qara flaminqo yenidən görüntülənib.

Sonuncu dəfə 2017-ci ildə müşahidə edilən qeyri-adi rəngli quş Türkiyənin Adana bölgəsindəki su hövzəsində kameralara düşüb. Ekoloqlar nadir rast gəlinən flaminqonun öz sinfinə mənsub olan digər quşlardan bir qədər kiçik olduğunu bildiriblər.

Qeyd edək ki, qara flaminqo daha əvvəl 2013-cü ildə İsraildə və bir il sonra Kiprdə müşahidə edilmişdi. Alimlər flaminqolar üçün qara rəngin anormal olduğunu bildiriblər.

Bəzi mənbələrdə isə qara flaminqo əfsanəvi quş kimi qeyd edilir.