Əfqanıstanda qar ölümlərə səbəb oldu

0
298

Əfqanıstanda daşqın və qar yağması nəticəsində azı 11 nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə ölkənin təbii fəlakətlərə hazırlıq agentliyindəki mənbə bildirib.

Qeyd edilir ki, Əfqanıstanda son bir neçə gündə yağan güclü qar tez-tez daşqınlara səbəb olur. Bu vəziyyət ellərində, xüsusilə Helmand , Nimroz, Farah, Nanqarhar, Badaxşan, Cövzcan, Tahar, Qəndəhar və Kabildə müşahidə olunur.

Eyni zamanda bildirilib ki, departamentin əməkdaşları hava şəraitinin təsirindən qapalı vəziyyətdə qalan onlarla insanı xilas və təxliyə edə bilib.