“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasında iştirak edən qadınlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Agentliyin məlumatına görə, bir qrup qadın “Taliban”ın Əfqanıstan əhalisinə tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək üçün Kabil küçələrinə çıxıb. Onlar qanuni hüquq və azadlıqlarına riayət olunmasını tələb ediblər.
Silahlılar kütləvi etirazı gözyaşardıcı qazdan istifadə etməklə dağıdıblar.