Əfqanıstanda 12 yaşdan yuxarı məktəbli qızların kişilərin qarşısında mahnı ifa etmələri qadağan olunub.
Bildirilir ki, qanun Əfqanıstan Təhsil Nazirliyi tərəfindən verilib.
Qərara əsasən, bu cür çıxışlar indi ölkənin bütün əyalətlərindəki özəl və dövlət məktəblərin hamısında qadağandır.
Qadağanın tətbiqinə görə məsuliyyət məktəb direktorlarının üzərinə düşür. İstisna hal kimi, məktəbli qızlar yalnız qadınlardan ibarət auditoriya qarşısında mahnı oxuya bilərlər.
Qərar valideynlərin və şagirdlərin təklifi ilə verilib. Artıq kişi müəllimlərin məktəbli qızlara musiqi dərsi keçməsi qadağandır.
Ölkənin bəzi sakinləri bu yeniliyi qəzəblə qarşılayıblar.