
Əfqanıstandakı “Taliban” hökuməti yeni dövlət proqramını təqdim edib.
Təqdimat mərasiminə yüksək rütbəli rəsmilər qatılıb.
Bildirilib ki, proqram çərçivəsində 40 min sakin işlə təmin ediləcək. Onların məvacibi isə natural şəkildə – buğda ilə ödəniləcək.
Hökumət nümayəndələri bu məqsədlə 65 min ton buğdanın ayrıldığını bildiriblər.