Əfqanıstanda məsciddə partlayış: Cümə namazına gələnlər öldürüldü

0
305

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Spingar rayonunda məsciddə baş verən partlayış nəticəsində onlarla insan ölüb və yaralanıb.

Hadisə cümə namazı zamanı böyük izdihamda baş verib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Bu, “Taliban” tərəfindən avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədə məsciddə baş verən beşinci güclü partlayışdır. Əsasən şiə məscidlərində törədilən partlayışlar nəticəsində ümumilikdə 250-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb.

Hadisələrin hər birində İŞİD yaraqlıları məsuliyyəti öz üzərinə götürüb.