Əbülfəs Qarayev: “Bu fövqəladə hadisədir”.

0
715

“Bu gün Dünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul edib”.

Bunu Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına münasibət bildirən Mədəniyyət naziri Əbülfəs Qarayev söyləyib.
O bildirib ki, qəbuletmə prosesi asan başa gəlməyib: “Artıq 6 ildir ki, Azərbaycandan olan ekspertlər bu faylı hazırlayaraq müxtəlif beynəlxalq təşkilatlara təqdim etmişdi. Lakin onların analizi kifayət qədər müsbət olmamışdı. Lakin Azərbaycanın gətirdiyi sübutlar və cənab Prezidentin verdiyi sərəncamlar bu qərarın verilməsində müsbət rol oynadı. Azərbaycanla UNESCO-nun əlaqələrinin inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. Mən fürsətdən istifadə edib ona da təşəkkürümü bildirmək istəyirəm”.
Nazir Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınması münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Xalqımızın
tarixində və özünüdərkində bu hadisə fövqəladə hadisədir”.