Ameriklalılar “Muleyli” mahnısına oynadılar – Azərbaycan toyunda – VİDEO

0
142

 

Sosial şəbəkələrdə ABŞ-da yaşayan azərbaycanlıların burada keçirdiyi toy şənliyindən maraqlı kadrlar yayılıb.
Azərbaycanlı xanımla amerikalı bəyin toyundan paylaşılan görüntülər sosial şəbəkədə böyük marağa səbəb olub.
Videonu Amerikada yaşayan Elman Kərimov özünün”Facebook”dakı “Bizimlə kəşf et” səhifəsində paylaşıb və bu şərhi verib: “ABŞ-da azərbaycanlı-amerikan toyu. Sevgi elə böyük qüvvədir ki, amerikalılara “Muleyli” oynadır”.
Kadrlarda amerikalı bəyin və qohumlarının Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi müşahidə olunur.
Qeyd edək ki, paylaşımda gəlinlə bəyin kimliyi haqqında heç bir məlumat verilmir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here