Ukraynada döyüşlər dayandırıldı, ölənlər və yaralananlar var –VİDEO

0
364

Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.  

Məlumatda Ukrayna ordusunun seperatçılarla döyüşdə 1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib.

Məlumata görə, separatçılardan da 1 nəfər ölüb, 5-i də ağır yaralanıb.

Eyni zamanda atəşkəsə məhz separatçılar tərəfindən çağırış edildiyi, Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb/Report.