Sevinc Abbasovadan yeni xəbər VAR

0
44

Sevinc Abbasovadan yeni xəbərVAREhtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

 Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 12-ə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Avqustun 8-də qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində isə şikayət müddəti keçdiyi üçün zərərçəkən tərəfin şikayəti təmin olunmayıb.

Səbail rayon Məhkəməsi müraciətin bərpası ilə bağlı müraciəti təmin edib. Bu səbəbdən təkrar məhkəmə keçirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here