Taksi sahəsində CİDDİ DƏYİŞİKLİKLƏR olacaq – Rəsmi AÇIQLAMA

0
43
“Qarşıdakı illərdə taksi sektorunda mühüm dəyişikliklərin şahidi olacaqsınız”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev taksi xidmətinə nəzarətlə bağlı verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə ciddi iş aparılır:

“Taksi sahəsi bu gün bir qədər həssas, sosial məsələdir. Burada nəzərdə tutulan dəyişikliklər elə icra edilməlidir ki, nə sürücülər, nə də sərnişinlər əziyyət çəkməsin. Biz mövcud reallıqları nəzərə alaraq, bu xidmət sahəsində dəyişiklər etmək niyyətindəyik. Bu günə qədər vətəndaşlar tərəfindən hiss edilmədən bir sıra proseslər baş verib. Misal olaraq, “BakıKart” sisteminə keçidi göstərə bilərəm.

Taksi xidmətinin keyfiyyətinin artırılması və bu sahədə vətəndaşlarımıza müasir tələblər səviyyəsində xidmətin göstərilməsinə nail olmaq üçün hazırda ciddi iş aparılır. Xarici təcrübə öyrənilməklə konsepsiya hazırlanıb. Taksi fəaliyyətinə dair tələblər də artıq Nazirlər Kabineti tərəfindən təsdiq edilib”.

M. Ağayev həmçinin əlavə edib ki, yeni konsepsiyanın icrası ilə taksi xidmət sahəsində çox ciddi və köklü dəyişikliklər olacaq:

“Konsepsiyanın icrası həm sürücülərin, həm də sərnişinlərin maraqlarını tam təmin edəcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here