Bu marşrutlar müsabiqəyə çıxarıldı

0
351

Bu marşrutlar müsabiqəyə çıxarıldı12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.

Şərtlərlə Bakı Nəqliyyat Agentliyinin rəsmi internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanununa, Nazirlər Kabinetinin  2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 24.02.2020-ci il tarixi, saat 17:00-dək BNA-ya müvafiq ərizə ilə müraciət etməlidirlər.