Prezident sərəncamı: Onlara medal verildi

0
30

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.

Medalları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Medalla təltif olunanlar arasında Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev, politoloq Elçin Mizəbəyli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Olaylar” İnformasiya Agentliyinin və “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz da var.

Bundan başqa, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya da medalla təltif olunublar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here