Pənahov “Seçki-2020”nin açılışını etdi

0
28

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki-2020” Müstəqil Media Mərkəzinin açılışını edib.

 M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəz Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək.

“Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb.

M.Pənahovun sözlərinə görə, “Seçki-2020” Müstəqil Media Mərkəzinin internet saytı (secki-2020.az) artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

“Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də, seçkilərə dair foto və videogörüntülər təqdim olunur”, – deyə M.Pənahov əlavə edib.

Qeyd edək ki, yerli və beynəlxalq KİV-lər Müstəqil Media Mərkəzindən asan və sərbəst məlumat əldə edə bilərlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here