İlham Əliyev icra başçısını təltif etdi

0
62

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siraqəddin Nəcəf oğlu Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here