Rəşad Mahmudov 4 aylıq körpəni belə xilas etdi -VİDEO – FOTOLAR

0
1544
Rəşad Mahmudov 4 aylıq körpəni belə xilas etdi - VİDEO - FOTOLAR
Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Dr. Rəşad Mahmudovun rəhbərliyi altında 4 aylıq körpədə uğurlu əməliyyat icra olunub.
Xəstə  Məhəmməd Qaçayev anadəngəlmə ürək qusuru  ilə döğulub . Məhəmmədin xəstəliyi TGA+VSD (böyük arteriaların transposiyası mədəcikarası çəpər defekti) diaqnozu qoyulmuşdur.  4 aylıq körpə sadəcə yaşamaq mübarizəsi aparırdı. Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudov  4 aylıq Məhəmmədi riskli əməliyyata alır və ağır keçən əməliyyatdan sonra  körpənin  bütün ürək qüsürları, defektləri aradan qaldırılır.Əməliyyatdan 10 gün   sonra Məhəmməd sağlam evə buraxılır.
Sfera.az xalq.az-a istinadən bildirir kI,ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan t.ü.e.d. Dr. Rəşad Mahmudov  artıq  körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılmasını ölkə səhiyyəsinin uğuru hesab etdiyini bildirib.