Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

0
427

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağdaşda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib.

Fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb:

“Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.