Min bir dərdin dərmanı Naftalan nefti ölkəmizə milyonlar qazandırır

0
28

Dünyada sağlamlıq turizimi inkişaf etdikcə, ölkəmizin qara qızılı,  əvəzsiz neməti sayılan Naftalan neftinə olan maraq da durmadan artır.  MDB dövlətlərindən, eləcə də Pribaltikadan Naftalana müalicə olunmaq üçün çoxlu sayda turist gəlir. Rəsmi statistikaya görə, təkcə cari ilin ilk 4 ayı ərzində Naftalan nefti ilə müalicə olunmaq üçün Azərbaycana 8200-dən artıq turist gəlib.

Bu göstərici ötən illə müqayisədə 5 min nəfər çox insan deməkdir. Bu gün Naftalanda fəaliyyət göstərən 10 sanatoriya və müalicə mərkəzi təxminən 2 mindən çox xarici turisti qəlub etmək iqtidarındadır.

2020-ci ilə qədər Naftalan turizim kompleksinin ölkənin büdcəsinə ümumilikdə 5 milyon manat gəlir gətirəcəyi proqnozlaşdırılır.

Bildirək ki, burada yaradılan şərait beynalxalq standartlara cavab verir. Bölgənin turizim potensialını daha da inkişaf etdirmək  üçün hazırda  əlavə otel kompleksi və yeni avtovağzalın da tikintisi aparılmaqdadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here