Gün eynəkləri alarkən bunlara mütləq DİQQƏT EDİN – XƏBƏRDARLIQ

0
13

Qarşıdan yay gəlir. Bir çoxlarımızın yayda ən çox istifadə etdiyi aksesuarlardan biri gün eynəkləridir.

Ancaq adətən eynək alarkən bəzilərimiz keyfiyyəti deyil zövqü əsas götürürük. Bəs, eynək seçərkən nələrə diqqət etməliyik? Keyfiyyətli gün eynəyini necə təyin edə bilərik? Ümumiyyətlə, düzgün seçilməyən gün eynəklərinin orqanizmə hansı mənfi təsirləri ola bilər?

“Çox dar eynəklərdən istifadə edilməsi məsləhət deyil. Eynək alarkən gözün forması nəzərə alınmalıdır. Yaxşı olar ki, həssas olan insanlar gözün kənarlarını qapadan çərçivəli eynəklərə müraciət etsinlər. Günəş şüaları kənarlardan daxil olub gözə zərər verməsin. Eynək seçərkən mütləq şüşəsinin ultra bənövşəyi qoruyucu xüsusiyyəti nəzərə alınmalıdır. Şüşələrin sertifkatına baxıb almaq lazımdır ki, Uv-100%, Uv-98% və ya Uv-400 qoruyucu şüşələr olsun. Ona görə məsləhətdir ki, bu özəl və sağlamlıq üçün vacib olan aksesuar optikalardan alınsın.

İkinci diqqət edilməsi vacib olan məsələ isə, ətrafı rahat və şəfaf göstərən şüşə seçimidir. Bunu nəzərə alaraq “palorate” (xüsusi şüşə adı) şüşələri məsləhət bilirəm. Həmin eynəklər ətrafı aydın göstərir və gözləri yormur.

Rənglərə gəldikdə isə, günəşdən çox narahat olan həsas insanlara, tünd rəngli eynəklər məsləhət görülür. Üst hissəsi tünd alt hisəsi açıq şüşələrdən də istifadə edilə bilər. Amma həmin şüşələr çox qızmar gündə məsləhət görülmür.

Onu da qeyd edim ki, tünd şüşəli eynəkləri sürücülərə o qədər də məsləhət görmürəm. Çünki həmin eynəklər tunel kimi qaranlıq yerlərdə narahatlıq yarada bilər”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here