“Vüqar İsmayılov söyüş kompaniyasına dəstək verənlərdəndir” – Video

0
138

“Vüqar İsmayılova qarşı kəskin münasibət onun pul alaraq aldatdığı Qazaxıstan vətəndaşının şikayəti ilə əlaqədar atdığımız addımlarla əlaqədardır. Artıq sosial şəbəkələrdə dəfələrlə qeyd etdiyimiz şikayətlə bağlı müfafiq ali dövlət qurumlarına göndərdiyimiz məlumatların həlli istiqamətində işlər aparılmaqdadır”. İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın I vitse –prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov bu sözləri ictimaiyyətə müraciəti zamanı söyləmişdir. O eyni zamanda bildirmişdir: “Həm səni və bir necə nəfəri aldatsın, sonra da Daxili İşlər Nazirliyinə minnətdarlıq etsin. Bu nə deməkdir? Öz bədxah əməllərinə görə dövlət orqanlarını sübhə altına aldırmaq ayıbdır. Onun mənə söylədiyi tənqid və təhqirlər bizim rüşvətxor məmurlara qarşı apardığımız mübarizədən narazı olanların münasibəti ilə üst-üstə düşür”. Onu da qeyd edək ki, V.İsmayılovun Oktova şəhərində həyata keçirdiyi qanunsuz əməllərinin araşdırılması məqsədilə İNK-nın nümayəndə heyəti həmin şəhərə yola düşmüşdür. “Bizim gündəlik iş rejimimiz və fəaliyyətimiz ölkə vətəndaşlarının narahat edən məsələlər və şikayətlərlə bağlı əməli iş aparmaqdır. Naxçıvanda olan nüfuzlu adamların adından istifadə edərək çirkin əməllərini həyata keçirən bu adamın hansı əqidənin sahibi olduğunu başa düşmək çətin deyil”. Rasim Məmmədov bunları qeyd edərək, həmçinin V.İsmayılovun aldatdığı şəxslərin hüquq mühafizə orqanlarına etdikləri şikayətlərin ədalətli həllini tapaçağına ümid etdiyini bildirmişdir.

“ictimaixeber.az”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here