İNK TV-nin solistləri “ƏylənSən-vaxt sənindir” yaz festivalında

0
199

Azərbaycan Gənclər Fondunun və “Gələcəyə Körpü” Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 15-19 may 2019-cu il tarixlərində Gəncə şəhəri Gənclər evinin meydanında “ƏylənSən-vaxt sənindir!” adlı yaz festivalı həyata keçirilir.

Proqramın keçirilməsində əsas məqsəd istedadı olan tələbə və gənclərin bacarıqlarının aşkar olunması və tanıdılmasını təmin etməkdir.

Proqramda gəncləri rəng festivalı, su oyunları, incəsənət fləşmob, həvəskar musiqiçilərin talant nümayişi gözləyir.
Onu da qeyd edək ki, festivalda İNK TV-nin solistləri Altun Süleymanov və Əli Əzizoğlu da iştirak edirlər.

Gəncə Musiqi Kollecininin tələbəsi, kollecin Tələbə Gənclər Təşkilatının üzvü, Təhsil Nazirliyinin bir sıra fəxri diplomlarına layiq görülmüş, Gəncə Dövlət Flarmoniyasının solisti Vasif Bayramovdan vokal və opera ixtisası üzrə dərs alan Altun Süleymanov festivalda Tofiq Quliyevin “Axşam” mahnısını və italyan xalq operası “O, sole mio”-nu ifa etmişdir.
Bakı Mədəni Maarif Texnikumunun aktyorluq fakultəsinin məzunu, Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət Evinin və eyni zamanda Abşeron rayonunun bir sıra mədəniyyət evlərinin solisti, “Azərbaycanın Səsi” yarışmasının iştirakçısı Əli Əzizoğlunun da festivalda “Qırmızı alma” və “Azərbaycan” mahnılarını ifası xüsusi rəğbətlə qarşılanmışdır.
Altuna, Əliyə və festivalın digər iştirakçılarına gələcəkdə də mötəbər musiqili tədbirlərin aparıcı simaları və fəxri adlarının sahibləri olmalarını arzu edirik.

“ictimaixeber.az”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here