Fəalsansa, ictimai nəzarətçisən!

0
1567

Rasim Məmmədov ile ilgili görsel sonucuİnkişaf etmiş sivil və demokratik cəmiyyətdə  vətəndaşın ictimai şəxs olaraq formalaşması, onun ölkədəki siyasi-ictimai, mədəni-sosial proseslərdə fəallığı ilə ölçülür. Vətəndaş idarəetmədə iştirak etməklə yanaşı, ictimai proseslərə nəzarəti də təmin etmək üçün mütləq aktiv fəaliyyətdə olmalıdır. Həm iştirak etmə, həm də ictimai nəzarət müasir demokratik idarəetmənin ayrılmaz bir hissəsidir və vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesinə cəlb olunmasını təmin edir.

2015-ci il mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda Prezident İlham Əliyev öz tarixi çıxışı ilə bizə ideoloji platforma verdi.

4 il ərzində 11 təsisat və 108 qurumu sıralarında birləşdirən İctimai Nəzarət Koalisiyasının yaradılması cənab Prezidentimizin aşağıdakı fikirlərindən sonra baş tutdu.

O zaman Prezident İlham Əliyev bildirmişdir: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir…”

Daha sonralar da ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayan Prezident bildirib: “Əgər iş görülmürsə, dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat verilsin. Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun.”

Son 4 ildəki məhsuldar fəaliyyətimiz cənab Prezidentin ictimai nəzarətin güclənməsi ilə bağlı çağırışlarına müsbət cavabdır.

İctimai Nəzarət Koalisiyası ölkənin ən iri Vətəndaş Cəmiyyəti təsissatlarından biri olaraq və Azərbaycan Respublikasının yüksək dövlət rəhbərliyinin – Prezident İlham Əliyev və Birinci Vitse-Prezidenti  Mehriban xanım Əliyevanın siyasi iradəsini ifadə edərək aşağıdakıları bəyan edir:

  • İctimai Nəzarət Koalisiyası dövlət qurumları ilə vətəndaşlar arasında ictimai nəzarət körpüsü kimi missiyanı həyata keçirməklə cəmiyyətdə olan lokal narazılıqların aradan qaldırılmasına çalışır!
  • İNK vətəndaş cəmiyyətinin inkişafı və demokratik islahatları dəstəkləyərək məmur özbaşnalığına, korrupsiya, rüşvətxorluq, yerlibazlığa qəti sürətdə etiraz edərək YOX deyir!
  • Ölkə rəhbərliyinin daxili və xarici siyasətini dəstəkləyən İNK ölkədə aparılan iqtisadi-siyasi, ictimai-sosial, humanitar-mədəni və dövlətçilik islahatlarını dəstəkləyir, bu istiqamətdə əks mövqedə duran qara niyyətli qüvvələri qınayır.
  • Prezident və birinci vitse-Prezidentin cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən aztəminatlı ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkün, əlillər, qadınlar, uşaqlar kimi həssas qrupları ilə bağlı qəbul etdiyi qərarları tam dəstəkləyir və bu istiqamətlərdə aparılan fəaliyyətin daha da genişlənməsinin – dərinləşməsinin tərəfdarı kimi hər zaman dövlətimizin yanındadır.
  • İNK ölkədə son illər daha da güclənən iqtisadi-sosial siyasəti məmnunluqla dəstəkləyir, yeni iş yerlərinin açılması, innovativ və kreativ biznesin inkişafı, bank-kredit sahəsindəki islahatlar və faizlərin aşağı salınması, minimal əmək haqlarının, məvaciblərin, pensiya, müavinət, təqaüd və başqa sosial yardımların artırılmasını alqışlayır, bu addımların ardıcıl aparılmasını təklif edir.
  • İNK sənaye və aqrar sahələrdəki islahatları, ASAN, DOST tipli yeni funksional dövlət qurumlarının yaradılmasını alqışlayır, Bakı və bölgələrin inkişafı ilə bağlı dövlət proqramlarının genişlənririlməsini arzulayır!
  • İNK yeni təhsil proqramlarının tezliklə reallaşdırılmasının, kimsəsiz və aztəminatlı gənclərin dövlət büdcəsi hesabına ali təhsil müəssisələrində oxumasına maddi dəstək verilməsini təklif edir!
  • İNK əlaqədar dövlət orqanlarında aparılan səhiyyə və tibb siyasətinə yenidən baxılmasının, gücləndirilməsi – genişləndirilməsi, icbari tibbi sığorta proqramının bütün ölkə üzrə icraatının başlanmasının vacibliyini xatırladır!
  • İNK 55 milyonluq dünya Azərbaycanlıları və 10 milyonluq respublika vətəndaşları üçün ictimai-intellektual, siyasi-dövlətçilik beyin mərkəzi rolunu nəzərə alaraq Milli Məclisin buraxılmasını, parlament islahatlarının keçirilərək deputatların sayının iki dəfə artırılmasını, qanunvericilik orqanının səlahiyyətlərinin və nəzarətedici funksiyalarının artırılmasını parlamentə növbədənkənar seçkilərin keçirilməsini təklif edir!
  • İNK Milli Ordu quruculuğunu tezləşdirərək könüllü ordudan peşəkar orduya keçidin təmin edilməsinin, hüquq-mühafizə orqanlarındakı islahatların gecləndirilməsinin, məhkəmə-prokurluq sistemində demokratik dəyişikliklərin tərəfdarı olaraq cəmiyyətimizə və dövlət orqanlarının rəhbərlərinə çağırış edir!
  • İNK Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmuş torpaqlarını qısa müddətə – sülh, ya da müharibə yolu ilə azad edilməsini arzulayır və bu istiqamətdə dövlət başçısının apardığı məqsədəyönlü siyasəti bəyəndiyini bildirir!
  • İNK bələdiyyələr və ictimai təsissatların ictimai-sosial həyatımızdakı rolunun daha da genişləndirilməsinin, icmaların və mədəni qurumların perespektiv inkişafına yönələn ardıcıl dövlət siyasətinin aparılmasını təklif edir!
  • İNK ölkəmizdə alternativ xalq parlamenti – dövlət baçşısının yanında İctimai Nəzarət Platforması – Palatasının yaradılması və onun üzvlərinin nüfuzlu ictimai simalardan seçilməsinin tərəfdarı kimi cəmiyyətimizə ictimai-siyasi ismarıc ötürür!
  • İNK yazılı və elektron KİV – radio, TV, mətbuat, eyni zamanda, yeni media – İnternet saytları, İnternet TV, sosial şəbəkələr – blogerlik, video-blogerlik kimi istiqamətləri dəstəkləyən dövlət proqramlarının genişləndirilməsini, eləcə də İnternet Şurasının yaradılmasını dəstəkləyir!
  • İNK işsizliyin aradan qaldırılması, ədalətli sosial imkanların yaradılmasını, təhsil, elm və mədəniyyətin inkişafı ilə əlaqədar yeni proqramların hazırlanmasını təklif edir!
  • İNK milli diaspor hərəkatına verilən önəmli dəstəyi, beynəlxalq siyasi lobbiçiliyi, xarici siyasətdəki uğurları alqışlayır, bu sahələrə diqqətin, eyni zamanda xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzlərinin sayının artırılmasını təklif edir!
  • İNK respublikamızdakı vətəndaş cəmiyyəti, ictimai sektor və QHT sahəsindəki dövlətin atdığı iri addımlara sayğıyla yanaşaraq, sosial və mədəni sifarişlərin ictimai qurumlara verilməsinin əhəmiyyətini cəmiyyətimizə çatdırır!

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, SİMİB və daha 9 qurum tərəfindən təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Məlumat üçün bildirək ki, İNK respublikada fəaliyyət göstərən 108-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.

 108-dən çox QHT, KİV, İnternet portal, telekanal və saytı birləşdirən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin çoxsaylı üzvləri adından Sizə xüsusi minnətdarlığımızı bildirir, dövlətçiliyimiz və cəmiyyətimizin inkişafı naminə hər zaman cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.

Rasim Məmmədov

İNK İH-nin sədri, DAMMİB I vitse-prezidenti,

SİMİB-nin rəhbəri, ictimai xadim