Ənvər Əhməd İNK-nın fəxri üzvüdür

0
139

Onu milli poeziyamızın B.Vahabzadə, N.Xəzri, Qabil, H.Arif, Ə.Kürçaylı, M.Araz, X.Rza kimi görkəmli simalarının davamcısı hesab etsək yanılmarıq.

Milli mənəvi duyğuların, vətənpərvərlik ideyalarının təbliğini, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında yeni söz demək hünərini öz poeziyasında əks etdirən Ənvər Əhməd yaradıcılığının kamillik dövrünü yaşasa da ədəbi-ictimai fəaliyyətini yorulmadan genişləndirməyə çalışır. 76 yaşlı şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmlər namizədi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, “Qızıl qələm” mükafatı laureatı, Beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor, Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü Ənvər Misir oğlu Əhmədov indi də Azərbaycanın İctimai Nəzarət Koalisiyasının fəxri üzvüdür.

Ustad Xəlil Rza Ənvər Əhməd haqqında yazırdı:

“Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir”.

Xəlil Rzaya xas olan bu səmimi fikirlər Ənvər Əhmədi bir şair kimi tanıtmaq üçün əhəmiyyətli bələdçilik edə bilər.

Akademik şairimizə həyatı fəaliyyətində və yaradıcılığında daimi uğurlar arzu edirik.

ictimaixeber.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here