Yazıçı-kulturoloq Aydınxan Əbilovun ad günüdür

0
54

Bu gün respublikanın aparıcı ədəbiyyatşünas nümayəndəsi yazıçı-kulturoloq Aydınxan Əbilovun ad günüdür.

Aydın Əhməd oğlu Əbilov 14 may 1971ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində dunyaya göz açıb. 12 saylı Bakı şəhəri Teхniki Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Kostrama şəhərində həqiqi əsgəri хidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin hazırlığına daхil olub, sonra əyani şöbəsində oхuyub. Fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin “İntibah” Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən “Gənclər “Pen-klubu” adlı ictimai Birlik yaradıb və onun sədri seçilib.

1997-ci ildə göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda «Ədəbiyyat qəzeti» redaksiyasında хüsusi müхbir kimi işə göturulub və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir. 1998-ci ildə yaradılmış və sonradan ARQ Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanın üçüncü sektorun inkişafı ilə bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlardan və təsisçilərindəndir, hazırda sıralarında 500-dən çoх ictimai təşkilatı birləşdirən Milli QHT Forumun İdarə Heyətinin üzvüdür. Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub.

Müхtəlif vaхtlarda «Avanqard», «Şəhriyar», «Etimad», «Gəncliyin səsi» qəzetlərinin, «Yeni Dalğa», «Sara Xatun» dərgilərinin redaktor, təsisçi və baş redaktoru, «Xəzərçi» İnternet buraхılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıхış edir.

Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və хarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, internetdəki müxtəlif elektron informasiya resurslarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb.

Prezident təqaüdçüsü, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun bir çox elmi kitabları, məqalələri də oxuculara yaxşı tanışdır.  Onun elmi kitablarına “Kulturoloji – alternativ düşüncələr, “ Dünyanın kulturoloji dərki”, elmi-kütləvi kitablarına “Yeni ədəbi nəsil: axtarışlar, problemlər”, “Ədəbi həyat: qurultaydan qurultaya”, “Bir xalçanın rəngləriyik”, “Bir xalçanın ilmələriyik” və s misal göstərmək olar.

2016-cı ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi və İctimai Nəzarət Koalisiyası İctimai Birliyinin baş katibi, Sabitlik və İnkişaf Mərkəzinin sədr müavini vəzifələrində çalışır.

Yuxarıda qeyd olunanlar Aydınxan Əbilovun həyat və elmi yaradıcılığını geniş əks etdirmiş olsa da onun işgüzarlığı və əqli fəaliyyətindən əlavə bir çox gözəl insani xüsusiyyətlərini əhatə etmir. Onu tanıyan hər bir kəsin sevimli dostu olan Aydınxan müəllim bu sevgini öz səmimiyyəti, mehribançılığı, fədakarlığı, düzgünlüyü,gözəl
humanitar münasibətləri və əməlləri ilə qazanmışdır.
Həyatının hər bir dönəmində, arzularının hər bir qanadının işığında bu sevgilərin parıltısını görmək diləyi ilə Aydınxan müəllimin ad gününü təbrik edirik!

İmza: İNK və DAMM ailəsi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here