Xovlu tikməni yaşadan yeganə kişi usta: əl işləri üç min manata satılır – FOTO

0
593

Şəkili usta Rəhman Yunusov qədim xalq sənəti növlərindən biri olan bədii tikmə sənətini yaşadır.

O, bu sənət növünün bir qolu hesab edilən xovlu tikmə ilə məşğul olan yeganə fiziki məhdudiyyətli kişi ustadır.

Erkən yaşlarından valideynlərini itirən R.Yunusov cəmiyyətə inteqrasiya olunmağa çalışıb. Öz üzərində işləyən sənətkar qısa müddət sonra Şəkidə xovlu tikmənin mahir ustalarından biri kimi tanınmağa başlayıb.

Nitq məhdudiyyətli 38 yaşlı R.Yunusovun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. Xovlu tikmə ilə hazırlanan işlər kənardan rəsm əsərinə bənzəyir.

R.Yunusov əl işlərini ölçüsündən asılı olaraq, 4-8 ay müddətinə hazırlayır. Əsərlərin qiyməti isə 50-60 manatdan 2000-3000 manata qədərdir.