Vətənə Rasim tək oğul gərəkdi

0
403

Vətənə Rasim tək oğul gərəkdi

Qarabağ dərdini öz dərdi sayan,
Arxasıza arxa, həm də ki, həyan.
Elə ilk baxışdan dərdlini duyan,
Vətənə Rasim tək oğul gərəkdi.

Yurdunun şərəfli, qeyrətli oğlu,
Ziyalı, izzətli, hörmətli oğlu.
Xalqını çox sevir millətin oğlu,
Vətənə Rasim tək oğul gərəkdi.

Əlli beş yaşında müdrik sayağı,
Haqq sözü yerindən silkələr dağı.
Başının üstündə gerbi, bayrağı,
Vətənə Rasim tək oğul gərəkdi.

HEYDƏR yolun seçib, ƏDALƏTLİDİ,
Fikrində dürüstdü, qətiyyətlidi.
Əməlisalehdi, səxavətlidi,
Vətənə Rasim tək oğul gərəkdi.

Hər şəhid övladı qolu, qanadı,
Uzaq ölkələrdə çəkilir adı.
Köməkdi gənclərə elmi, savadı,
Vətənə Rasim tək oğul gərəkdi.

Müəllif: Fuad Biləsuvarlı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here