Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq

0
24

Azərbaycanın paytaxtı Bakıda Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq.

Tamaşa Azərbaycan Dövlət Opera və Balet Teatrında fevral ayının 1-də baş tutacaq.

Teatrda xarici ifaçıların iştirakı ilə Rudcero Leonkavallonun “Klounlar” operası nümayiş olunacaq.

Orkestrə Ştutqart Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq drijor müsabiqələri laureatı Mixail Aqrest rəhbərlik edəcək.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda partiyası), Cahangir Qurbanov (Silvio partiyası), Əliəhməd İbrahimov (Arlekina partiyası) və Tural Ağasıyev (Kəndli partiyası) da iştirak edəcəklər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here