Səfirin qardaşına qarşı dələduzluq edənə daha bir cinayət işi açıldı

0
19

Səfirin qardaşına qarşı dələduzluq edənə daha bir cinayət işi açıldıNəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədova qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb.

Araşdırmalar zamanı məhkum Nəsibov Məmməd Nəsiboviçin başqa cinayət əməlləri ortaya çıxıb. O, Qasımov Kənan Nəbi oğlu ilə birlikdə daha 3 nəfərə qarşı dələduzluq edib.

Cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M. Nəsibov Çingiz Məmmədova Abşeronda yaşayış evi tikdirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here