Məhkəmə narkotiklə tutulan baş redaktorla bağlı qərar verdi

0
95

Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.
Ş. Ağacanın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here