DSX: Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatları nəticəsində mülki şəxs həlak olub

0
35

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü – mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here