Bakıda silsilə oğurluq edən narkotacir kameralara düşdü – VİDEO

0
45
Binəqədidə marketlərdən oğurluq edən narkotacir saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs – qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətindəki yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1,51 qram narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.

H.Bilalovun başqa cinayətlər törətdiyi də müəyyənləşib. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində bir evdən və yeddi marketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub.

H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here