Bakıda – bank işçisi iş yerində bıçaqlandı

0
48

Bakıda bank işçisi iş yerində bıçaqlandı

Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən insident yaşanıb.

Hadisə fevralın 3-də saat 14 radələrində qeydə alınıb.

Belə ki, bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirib. Bu zaman N.Sərkərov T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here